Sosial dinləmə və media monitorinqi

Ağzı olan danışsın.
Biz xəbər verərik.

Mirsad brendinizi Instagram, Facebook, TikTok, Telegram, YouTube və xəbər saytlarında izləyir. Səs-küyü süzür, vacib məqamları bildirir və cavabınızı hazırlayır. Qərar yenə də sizindir.

Mənbələr

  • Instagram
  • Facebook
  • TikTok
  • Telegram
  • YouTube
  • Xəbər saytları
  • X
  • LinkedIn
  • Threads
  • Reddit
  • Spotify
  • TripAdvisor
  • App Store
  • Bloqlar
  • Forumlar
  • Rəylər

Dillər

  • AZ
  • RU
  • EN
  • JARQON

Mövcud vəziyyət

Sizin necə xəbəriniz olur?

Çox vaxt xəbəri postun özündən yox, başqalarından eşidirsiniz. Siz bilənə qədər söhbət artıq yayılmış olur.

Mirsad sizi bu prosesdə bir addım önə keçirir.

Rəhbəriniz soruşur

Dəhlizdə verilən qəfil sual. Sizin isə hələ xəbəriniz belə yoxdur.

Dostunuz skrinşot göndərir

Post artıq gözlədiyinizdən daha çox yayılıb.

Jurnalist zəng edir

Hələ xəbərsiz olduğunuz bir hadisə ilə bağlı şərh istəyir.

Nə əldə edirsiniz

Hamısı bir yerdə

Vahid interfeys

Qeydlər, bildirişlər, təsdiqlənmiş faktlar və qaydalar bütün komandanın əlinin altındadır.

Canlı xəbərdarlıq

Sürətli məlumatlandırma sizə 30 dəqiqədən də tez çatır.

Təsdiqə hazır cavab qaralaması

Yalnız sizin təsdiqlədiyiniz faktlar əsasında yazılır. Razılığınız olmadan heç nə göndərilmir.

Rəhbərlik üçün həftəlik hesabat

Veb səhifə, e-poçtla PDF və ya çap versiyası. Bütün rəqəmlər real datanıza əsaslanır.

Gündəlik xülasə

Diqqət tələb edən məsələlər hər gün e-poçtunuza və ya Telegram-a göndərilir.

Rəqiblərin izlənməsi

Öz brendinizlə yanaşı rəqibləri də diqqətdə saxlayın.

Necə işləyir

Xam məlumatdan qərara qədər

  1. Addım 1

    Toplanma

    Bütün mənbələrdən paylaşımlar, şərh və xəbərlər gündəlik toplanır.

    NəticəBütün uyğun məlumatlar
  2. Addım 2

    Süzgəc

    Brendinizə aid olmayan nəticələr qaydalar əsasında kənarlaşdırılır.

    NəticəYalnız aidiyyəti olan qeydlər
  3. Addım 3

    Təsnifat

    Hər qeyd mövzu, sentiment, kateqoriya və bir cümləlik xülasə ilə təmin olunur.

    NəticəSistemləşdirilmiş qeydlər
  4. Addım 4

    Xəbərdarlıq

    Təcili, tezliklə və ya izlə statusu təyin olunur, səbəbi və cavab qaralaması hazırlanır.

    KomandanızGöndərişdən əvvəl təsdiq tələb edir
  5. Addım 5

    Hesabat

    Həftə ərzində baş verənlərin və dəyişikliklərin xülasəsi göndərilir

    NəticəHazır hesabat

Sürətli xəbərdarlıq · əlavə xidmət

Hadisədən və ya insidentdən öncə və ya dərhal sonra

Sürətli xəbərdarlıq brendinizi hər 3 saatdan bir və ya saatbasaat yoxlayır, təcili məsələləri təxminən 30 dəqiqə ərzində sizə çatdırır.

Həllər

Biznesinizə necə kömək edirik?

Brendinizi auditoriyanın gözü ilə görün

  • Bütün mənbələrdən gələn qeydlər tək lentdə
  • Sentiment təyini və mövzuların həftəlik izlənməsi
  • Təsdiqlənmiş faktlar əlinizin altındadır, komanda vahid mövqedən çıxış edir

Hamıdan əvvəl xəbərdar olun və reaksiya verin

  • Təcili, tezliklə və ya izlə statusları, hər biri üçün qısa səbəb
  • Komandanızın təsdiqini gözləyən cavab qaralaması
  • Kritik anlar üçün sürətli xəbərdarlıq

Rəqiblərin nəyə görə təriflənib, nəyə görə tənqid olunduğunu bilin

  • Seçdiyiniz rəqibləri öz brendinizlə paralel izləyin
  • Onların auditoriyasının nələri bəyəndiyini və nədən narazı olduğunu görün
  • Rəqib təhlillərini həftəlik hesabatda əldə edin

Mövzuları manşetə çevrilmədən fərq edin

  • Qeydlər mövzu və sentiment üzrə qruplaşdırılır
  • Hər hesabatda həftəlik dəyişiklik dinamikası əks olunur
  • İzlədiyiniz mənbə və mövzuların siyahısı təyin olunur

Auditoriyanın onsuz da maraqlandığı kontenti yaradın

  • Hansı mövzuların daha çox reaksiya doğurduğunu görün
  • Kontentinizlə cavablaya biləcəyiniz sualları tapın
  • Həftəlik hesabatı kontent təqviminizə çevirin

Sizdən kimin danışdığını və onları kimin dinlədiyini bilin

  • Brendinizə ən çox kimlərin sataşdığını görün
  • Nə yazdıqlarını və auditoriyanın reaksiyasını oxuyun
  • Rəqiblərdən əvvəl əməkdaşlığa layiq rəy sahiblərini müəyyən edin

Monitorinqdən təhlilə

Minlərlə post.
Aydın bir mənzərə.

Bütün postları oxumaq sizin işiniz deyil.
Sizin işiniz nə baş verdiyini, niyə vacib olduğunu və növbəti addımı bilməkdir.
Mirsad bunu sizə öz dilinizdə təqdim edir.

Mirsad sizə nə deyir
Mövzu

Çatdırılma gecikmələri üç fərqli kanalda şikayət yaradır.

Niyə vacibdir

Şərhlər artır və bir xəbər səhifəsi mövzunu paylaşıb.

Növbəti addım

Cavab qaralamasını təsdiqləyin və rəsmi açıqlama verin.

Müştəri təhlili

Müştərinizi sizin haqqınızda yazdığından öyrənin

Açıq müzakirələr insanların nəyi bəyəndiyini, nədən narazı qaldığını və nəyi təkrar soruşduğunu göstərir.

Mirsad bütün bunları komandanız üçün tək mərkəzdə toplayır.

Real biznes təsiri

Sizin üçün işləyirik ki:

  • Problemləri yayılmadan aşkarlayın;
  • Təxminlərlə deyil, təsdiqlənmiş faktlarla cavab verin;
  • Kontenti real müzakirələrə uyğunlaşdırın;
  • Rəhbərliyə doğru rəqəmləri təqdim edin.
Brendiniz üçün demo istəyin

İstifadə sahələri

Sahənin heç bir fərqi yoxdur:

Dövlət qurumları

Vətəndaşların suallarını, qərarlara və xidmətlərə reaksiyasını izləyin.

Bank və Maliyyə

Müştərilərin komissiya, kartlar, texniki nasazlıqlar və yeni məhsullara reaksiyasını öyrənin.

Telekom

Şəbəkə problemləri və tarif şikayətlərini vaxtında aşkarlayın.

Pərakəndə satış

Kampaniya və məhsulların necə qarşılandığını bilin.

Əczaçılıq və Səhiyyə

Məhsullar barədə qeydləri və ictimaiyyətin suallarını izləyin.

İdman

Oyunlar, transferlər və rəsmi açıqlamalara verilən reaksiyaları izləyin.

Media

Xəbərlərinizin necə yayıldığını və oxucu reaksiyasını izləyin.

Turizm və Qonaqpərvərlik

Qonaqların nəyi bəyənib, nədən şikayət etdiyini diqqətdə saxlayın.

Suallar

Tez-tez verilən suallar

Mirsad agentlikdir?

Xeyr, ixtisaslaşmış proqram təminatıdır. Süni intellekt dəstəkli agentlərimiz bildirişləri, xülasələri və cavab qaralamasını hazırlayır. Onlarla nə edəcəyinizə isə komandanız qərar verir.

Hansı dilləri başa düşür?

AZ, RU və EN dillərini. Həmçinin bu dillərin qarışdırıldığı postları, latın və kiril əlifbası ilə yazılmış mətnləri dəstəkləyir.

Hansı mənbələri əhatə edir?

Instagram, Facebook, TikTok, Telegram, YouTube və xəbər saytlarını. Tezliklə yeni mənbələr də əlavə olunacaq.

Xəbərdarlıqlar nə qədər sürətlidir?

Standart olaraq məlumatlar gündəlik toplanır. Sürətli xəbərdarlıq brendinizi hər 3 saatdan bir və ya saatbasaat yoxlayır, təcili məsələləri təxminən 30 dəqiqə ərzində bildirir. Rəqiblərin izlənməsi isə gündəlik rejimdə qalır.

Sistemi kim quraşdırır?

Biz. Siz sadəcə brendinizi və rəqiblərinizi qeyd edirsiniz; açar sözləri, heşteqləri, hesabları, kanalları və istisnaları biz tənzimləyirik.

Hansı məlumatları və nə qədər müddətə saxlayırsınız?

Mirsad açıq postları istifadəçi adları ilə birlikdə müştəriyə göstərir və 5 ilə qədər saxlayır. Məxfilik bildirişində nələri, nə üçün topladığımız və onların silinməsini necə tələb edə biləcəyiniz izah olunur.

Birinci siz xəbərdar olun.

Brendiniz və izləmək istədiyiniz rəqiblər barədə bizə yazın.

Bizə e-poçt yazın